Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə Sabirabadda bayram konserti və atəşfəşanlıq təşkil edilmişdir

06 aprel 2019 | 16:00

Aprelin 6-da Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkün Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğlunun ailəsində Azərbaycanın 10 milyonuncu sakini dünyaya gəlmişdir. Bu münasibətlə ölkə Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Azərbaycan xalqını və uşağın valideynlərini təbrik etmişlər.

Elə həmin gün Azərbaycanın 10 milyonuncu sakininin dünyaya gəlməsi münasibətilə rayon Mədəniyyət Mərkəzinin qarşısında möhtəşəm bayram konserti keçirilmişdir. Bayram tədbirində rayon sakinləri və rayonumuza gələn qonaqlar iştirak etmişlər.

Sabirabad Mədəniyyət Mərkəzinin A. İsgəndərov adına xalq teatrının rejissoru, Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü Seyidməmməd Əliyevin aparıcılığı ilə keçən tədbirdə Sabirabad rayon Ü. Hacıbəyov adına və Saatlı rayon Bülbül adına Uşaq Musiqi Məktəbləri xanəndələrinin ifasında muğam və xalq mahnıları səslənmişdir. Sabirabad rayon Mədəniyyət Mərkəzinin rəqs dərnəyinin çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.

İki saatdan çox davam edən bayram konserti sonda atəşfəşanlıqla başa çatmışdır.

Keçidlər