Şriftin ölçüsü :

Saytın rəngi :

«Ölkəmizi tanıyaq» tur-aksiyasında Sabirabad məktəbliləri də iştirak etmişlər

15 mart 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə etdiyimiz nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə müxtəlif şəhər və rayonlarda yaşayan məktəbli gənclərimizin Respublikamızın digər bölgələrinə səyahətləri təşkil olunmuş, rayonumuzdan da 40 nəfər IX-XI sinif şagirdləri bu tədbirdə iştirak etmişlər.

Martın 15-də «Ölkəmizi tanıyaq» tur-aksiya iştirakçıları şəhərimizdəki Heydər Əliyev parkına toplaşmışlar. Onlar 3 gün müddətində Gəncə şəhərində, Şəmkir, Göygöl, Tovuz, Ağstafa, Qazax rayonlarında olacaqlar.

Şagirdlər əvvəlcə Heydər Əliyev Mərkəzində Ulu öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məktəblilərə müraciət edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan tur-aksiyanın əhəmiyyətindən danışmışdır.

Yola düşənlər adından 5 və 6 saylı şəhər tam orta məktəblərinin şagirdləri Misir Quluzadə və Nigar Musayeva çıxış edərək gəncliyin inkişafına göstərilən dövlət qayğısından minnətdarlıqla söz açmışlar.

Tur-aksiyanın iştirakçıları yola düşməzdən əvvəl ağac əkmişlər.

Keçidlər