Şriftin ölçüsü :

Saytın rəngi :

Çöl Beşdəli kəndində səyyar qəbul keçirilmişdir

12 mart 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Çöl Beşdəli kəndində səyyar qəbul keçirmişdir. İcra başçısı çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, bir-birinin ardınca imzalanan fərman və sərəncamlar aztəminatlı ailələr tərəfindən böyük sevinclə qarşılanmışdır. Minimum əmək haqqının, minimum pensiyaların, sosial müavinətlərin artırılması, xüsusilə «Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında» ölkə başçısının 25 fevral 2019-cu il tarixli sərəncamı bir daha təsdiqlədi ki, aztəminatlı, ailə başçılarını itirən, eləcə də şəhid ailələri, xüsusi qayğıya ehtiyacı olanlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar. Sosial cəhətdən qayğıya ehtiyacı olanların qarşılaşdığı problemlərin aradan qaldırılması, xüsusilə mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin prioritet sahələrini təşkil edir. İcra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Həmçinin dövlətin bu sahədə gördüyü işlərə Heydər Əliyev Fondunun da mühüm töhfələr verdiyini qeyd etmək lazımdır. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur.

Rayon İcra Hakimiyyətinin başçısı daha sonra kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən danışmışdır. Xüsusilə qeyd edilmişdir ki, ölkəmizdə pambıqçılığın, baramaçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərində böyük maraq doğurmuş, torpaq mülkiyyətçilərinin gəlirlərinin xeyli artmasına, əmək qabiliyyətli əhalinin məşğulluğunun yüksəlməsinə səbəb olmuşdur.

Kənd sakinlərindən Əfrayıl Həsənov, Məzahir Yaqubov və başqaları müxtəlif təkliflərlə çıxış etmişlər. Qaldırılan məsələlərlə bağlı rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

 Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər. 

 

Keçidlər