Şriftin ölçüsü :

Saytın rəngi :

Azadkənd kəndində səyyar qəbul keçirilmişdir

19 fevral 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Azadkənd kənd sakinləri ilə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

 Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov çıxış edərək bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin səyi ilə respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də aqrar sahədə irəliləyiş nəzərə çarpır.

Nazim İsmayılov pambıqçılıq sahəsində əldə olunmuş uğurlu nəticələrdən danışmış, eyni zamanda yol verilmiş nöqsanlardan da bəhs etmişdir.

Kənd sakinləri şikayət və təkliflərini bildirmişlər.

İcra başçısı pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışmışdır. Eyni zamanda kənd sakinlərinin müraciətləri əsasında aidiyyatı qurumların rəhbərlərinə konkret tapşırıqlar vermişdir.

Keçidlər