Şriftin ölçüsü :

Saytın rəngi :

Şıx Salahlı kəndində səyyar qəbul keçirilmişdir

24 yanvar 2019 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun Şıx Salahlı kənd sakinləri ilə qəbul-görüşü işgüzar və səmərəli keçmişdir.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə çıxış edərək ölkəmizdə və rayonumuzda aparılmış quruculuq işlərindən danışmış, aqrar sahədə həyata keçirilən tədbirlərdən bəhs etmişdir. Rayon rəhbəri ötən il pambıqçılıq sahəsində görülmüş işlərdən, qarşıda duran vəzifələrdən danışaraq qeyd etmişdir ki, bu sahədə uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. Qeyd etmək lazımdır ki, nümayəndəlikdə torpaqlardan səmərəli istifadə edilmir. Növbəli əkin sisteminə riayət olunmur. Əkinçilik mədəniyyətinin səviyyəsi aşağıdır.

Tədbirdə RİHB-nin Şıx Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Seyidabbas Babayevin məlumatı dinlənilmişdir.

Kənd sakinlərindən Bəylər Heydərov, Sərdar Hüseynov, Hatəm Quliyev və başqaları onları narahat edən məsələləri qaldırmışlar.

İcra başçısı aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışaraq tədbirə yekun vurmuşdur.

Keçidlər