Şriftin ölçüsü :

Saytın rəngi :

Şıxlar kəndinin sakinləri ilə səyyar görüş keçirilmişdir

25 dekabr 2018 | 16:00

Mürsəlli kənd tam orta məktəbinin iclas zalında Şıxlar kənd əhalisi ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun səyyar görüşü keçirilmişdir. Kənd əhalisi qarşısında çıxış edən Nazim İsmayılov kənd təsərrüfatının inkişafı ilə bağlı dövlət siyasətindən, dövlət başçısı cənab İlham Əliyevin bu sahəyə göstərdiyi diqqət və qayğıdan danışmışdır. O qeyd etmişdir ki, ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərində böyük maraq doğurmuş, torpaq mülkiyyətçilərinin gəlirlərinin xeyli artmasına, əmək qabiliyyətli əhalinin məşğulluğunun yüksəlməsinə səbəb olmuşdur.

Səyyar qəbulda kənd sakinlərindən fərdi təsərrüfatçı Şəhla Niftəliyeva, Uluxan Mirzəyev, Asif Zeynalov, Raziyə Zeynalova müxtəlif təkliflərlə çıxış etmişlər. Həmin təkliflər əsasında rayon İcra Hakimiyyətinin başçısı aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Keçidlər