Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təşkilatçılığı ilə “Torpaqların elektron kadastr uçotu işinin yekun nəticələri və təhlili” mövzusunda təqdimat tədbiri keçirilmişdir

21 dekabr 2018 | 16:00

Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin təşkilatçılığı ilə “Torpaqların elektron kadastr uçotu işinin yekun nəticələri və təhlili” mövzusunda təqdimat keçirilmişdir. Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin Yerquruluşu, torpaq kadastrı və torpaq monitorinqi şöbəsinin müdiri, Layihə işçi qrupunun rəhbəri Əliqulu Cabbarov çıxış etmişdir. O qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanın icrası olaraq ölkədə torpaqların elektron kadastr uçotu işi aparılır. Həmin Fərmana əsasən elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtib edilməsi işləri Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilmiş və bu işlərə təşkilatı dəstəyin veriməsi ilə əlaqədar yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə müvafiq tapşırıq və tövsiyyələr verilmişdir. Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması ilə əlaqədar torpaq və daşınmaz əmlak mülkiyyətçilərinə, icarəçilərinə və istifadəçilərinə görülən işlərin mahiyyəti və nəticələrinin izahı ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sabirabad rayonunda  maarifləndirmə işləri aparılmışdır.

Tədbirdə Sabirabad rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov iştirak etmişdir.

Keçidlər