Şriftin ölçüsü :

Saytın rəngi :

«Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici tədbir keçirilmişdir

04 oktyabr 2018 | 16:00

Oktyabrın 4-də Heydər Əliyev Mərkəzində «Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirə rayonumuzun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri dəvət edilmişdilər.

Tədbir iştirakçıları əvvəlcə mövzu ilə bağlı «Mayak» filminə və «Bəla» pyesinin 3-cü pərdəsinə tamaşa etmişlər.

Rayon Polis Şöbəsinin rəisi Namiq Camalov və rayon prokuroru Pərvin Quliyev «Narkomaniyaya yox deyək!» mövzusunda maarifləndirici məruzələrlə çıxış etmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirin sonunda çıxış edərək bildirmişdir ki, Ümummilli lider Heydər Əliyevin ənənələrinə sadiq qalaraq onun siyasi kursunu ləyaqətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz gələcək inkişafa, tərəqqiyə doğru inamla irəliləyir. Respublikamızın gələcəyi gənclərdən asılıdır. Odur ki, cəmiyyətimizə layiqli vətəndaş kimi yetişin. Zərərli vərdişlərdən, bəşəriyyətin bəlası olan narkomaniyadan uzaq durun. Bu mövzuda maarifləndirici tədbirlər məktəblərdə də vaxtaşırı keçirilməlidir. 

Keçidlər