Şriftin ölçüsü :

Saytın rəngi :

Yaxa Dəllək kəndində yeni məktəb binası istifadəyə verilmişdir

15 sentyabr 2018 | 16:00

Sentyabrın 15-də 360 şagird yerlik Yaxa Dəllək kənd tam orta məktəbinin yeni binası istifadəyə verilmişdir. Bu münasibətlə keçirilən tədbirdə rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, məktəbin drektoru Elçin Səmədov, tarix müəllimi Aynur Ağakişiyeva, kənd sakinlərindən şəhid anası Kubra Xanlarova və başqaları çıxış edərək xoş arzularını çatdırmış, göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.

Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov yeni məktəb binasının istifadəyə verilməsi və Bilik Günü münasibətilə müəllim və şagirdləri, valideyinləri təbrik etmişdir.

Rəmzi qırmızı lent kəsildikdən sonra məktəbin otaqlarına baxış keçirilmişdir.

Keçidlər