Şriftin ölçüsü :

Saytın rəngi :

Mürsəlli kəndində səyyar qəbul keçirilmişdir

14 avqust 2018 | 16:00

Avqustun 14-də Mürsəlli kənd tam orta məktəbinin iclas zalında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Mürsəlli kənd sakinləri ilə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Nazim İsmayılov ölkəmizdə və rayonumuzda görülmüş quruculuq işlərindən, aqrar sahədə qazanılmış uğurlardan danışaraq qarşıda duran vəzifələri qeyd etmişdir. Bildirmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin səyi ilə respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də aqrar sahədə canlanma yaranmışdır.

Nazim İsmayılov pambıqçılıq və baramaçılıqda  görülmüş işlərdən, əldə olunmuş uğurlu nəticələrdən ətraflı bəhs etmiş, eyni zamanda yol verilmiş nöqsanlardan da danışmışdır.

Kənd sakinlərindən Azad Nəsirov, Asif Zeynalov, Zülfüqar Musayev, Mübariz Fətəliyev, Vadər Qasımov, Seymur Gülməmmədov, Sədiyar Kərimov, Ulxan Mirzəyev, Bəymirzə İbrahimov və başqaları çıxış edərək öz təkliflərini vermiş, fikir mübadiləsi etmişlər.

Açıq diskussiya şəraitində keçən tədbiri icra başçısı yekunlaşdıraraq qarşıya çıxan çətinliklərin və problemlərin həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarına müvafiq tapşırıqlar vermişdir. Eyni zamanda bildirmişdir ki, Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə işlək icra mexanizmi olmalıdır. Qarşıda duran vəzifələri layiqincə yerinə yetirmək üçün hər kəs əlindən gələni əsirgəməməlidir. Rayon rəhbəri eyni zamanda kooperasiya haqqında da danışmışdır. Bildirmişdir ki, dövlətimiz kooperasiyanın inkişaf etdirilməsinə xüsusi dəstək verir. Könüllülük əsasında birləşərək  kooperasiyaların yaradılması aqrar sahənin yüksək templə inkişaf etdirilməsinə təkan verəcəkdir.

Keçidlər