Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Aran iqtisadi rayonunda “Özünüməşğulluq proqramı”na dəstək” layihəsi çərçivəsində təlim keçirilmişdir

31 iyul 2018 | 16:00

“Muğan Düzü” Sosial İnkişaf İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Aran iqtisadi rayonunda “Özünüməşğulluq  proqramı”na dəstək” layihəsinin icrasını uğurla davam etdirir.

Əhalinin özünüməşğulluğun təmin olunması sahəsində yeni bir pəncərə açaraq regionlarda, o cümlədən Aran iqtisadi rayonlarında əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar 31 iyul 2018-ci il tarixdə Sabirabad şəhərində təlim keçirilib.

Təlimdə layihə rəhbəri Vidadi Quliyev bəhsi gedən layihə haqqında ətraflı danışıb. Təlimçi M.Mehdiyev, Ş.Qarayeva təlim iştirakçılarına işsiz və işaxtaran vətəndaşların özünüməşğulluq proqramından faydalanmasına, bu proqramın verdiyi imkanlardan yararlanmasına kömək göstərməsi, zəruri bilik və bacarıqlarının artırılması, özünüməşğulluq proqramının genişləndirilməsi, eyni zamanda təlimdə iştirakçılara sorğu blankının paylanması bunun əsasında müzakirələr, ailə əməyi və fərdi təssərrüfatın yaradılması ilə əlaqədar Biznes-Plan hazırlanması, Biznes-Planların qiymətləndirilməsi, Ailə kəndli  təsərrüfatı haqqında Azərbaycan Respulikasının Qanunu haqqında geniş məlumat verilib, sonra təlimlər davam etdirilib.

Daha sonra təlimlərin yekununda aparılan müzakirələrdə rayon məşğulluq idarəsinin əməkdaşları ilə birlikdə işsiz və işaxtaran (aktivlər siyahısında olanlar) vətəndaşların təklifləri qiymətləndirilib, suallar cavablandırılıb, iştirakçılar təlimlərin və mövzunun aktuallığını bildirib.İctimai birlik tərəfindən iştirakçılara məlumat verilib ki, 06 avqust 2018-ci il tarixdə Sabirabad şəhərində dəyirmi masanın təşkili, təkliflər paketinin hazırlanması, fəal iştirakçılara sertifikatların təqdimatı olunacaq. 

Keçidlər