Şriftin ölçüsü :

Saytın rəngi :

Axısxa kəndində səyyar qəbul keçirilmişdir

28 iyun 2018 | 16:00

İyunun 28-də Axısxa kənd Mədəniyyət evində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovun Axısxa kəndinin sakinləri ilə görüşü keçirilmişdir.

Görüşü giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq tədbir iştirakçılarını salamlamış, dövlətimizin, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin məqsədyönlü sosial-iqtisadi siyasət xəttindən, əhalinin  sosial şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən danışmışdır. Rayon rəhbəri eyni zamanda aqrar sahədə, o cümlədən pambıqçılıqda və baramaçılıqda görülmüş işlərdən də ətraflı bəhs etmişdir. Bildirmişdir ki, bu sahələrdə uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. Qeyd etmişdir ki, keçən il  buraxılmış nöqsanların təkrar olunmaması üçün hər kəs məsuliyyətlə çalışmalıdır. Pambıqçılıqda becərmə işləri kompleks şəkildə, aqrotexniki qaydalar əsasında görülməlidir. Gələn il pambığın geniş sahələrdə əkilməsini təmin etmək məqsədilə lazım gələn bütün tədbirlər ardıcıllıqla həyata keçirilməlidir.

Rayon rəhbəri Nazim İsmayılov baramaçılıqdan danışarkən vurğulamışdır ki, bu sahədə rayon üzrə tapşırıq artıqlaması ilə yerinə yetirilmişdir.

Tədbirdə RİHB-nin Axısxa kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Teymurbəy Səidovun məlumatı dinlənilmişdir.

Rayon rəhbəri Nazim İsmayılov tədbiri yekunlaşdıraraq problemlərin araşdırılması və həlli ilə bağlı rayonun əlaqədar təşkilat rəhbərlərinin, kənd icra nümayəndələrinin və bələdiyyələrin qarşısında duran  vəzifələrdən danışmış, aidiyyatı üzrə tapşırıqlar vermişdir.

Keçidlər