Şriftin ölçüsü :

Saytın rəngi :

Cavad kəndində əhali ilə görüş keçirilmişdir

22 may 2018 | 16:00

Mayın 22-də Cavad kənd mədəniyyət evində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Cavad kəndinin sakinləri ilə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, rayonun aqrar sahə ilə əlaqəli olan idarələrin, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Nazim İsmayılov tədbiri giriş sözü ilə açaraq pambıqçılığın və baramaçılığın inkişaf etdirilməsi ilə bağlı qarşıya qoyulmuş vəzifələrdən danışmışdır. Bildirmişdir ki, ötən il pambıqçılığın və baramaçılığın inkişafı ilə bağlı bir sıra işlər görülmüş, uğurlu nəticələr əldə edilmişdir. Lakin qazanılmış uğurlarla yanaşı, nöqsanlar da mövcuddur. Bu sahədə irəliləyişə nail olmaq üçün imkanlardan və ehtiyat mənbələrindən maksimum səmərəli istifadə edilməlidir. Torpaqlardan düzgün istifadə olunmalıdır. Pambıqçılığı inkişaf etdirmək üçün bütün qüvvələr səfərbər edilməlidir. O həmçinin baramaçılığın inkişafı ilə bağlı da qarşıda duran vəzifələrdən danışmışdır.

Görüşdə kənd sakinləri Əfraz Əsgərov, Mirmehdi Abbasov, Mövsüm Nərimanov və başqaları çıxış edərək həlli vacib olan məsələlər qaldırmaşlar.

Rayon İcra Hakimiyyətinin başçısı yekunda aidiyyatı qurumların rəhbərlərinə tapşırıq və tövsiyələr vermişdir. 

Keçidlər