Şriftin ölçüsü :

Saytın rəngi :

«Eko-Aləm» İctimai Birliyi tərəfindən Sabirabad rayonunda maarifləndirici tədbir keçirilmişdir

17 may 2018 | 16:00

17 may 2018-ci il tarixdə «Eko-Aləm» İctimai Birliyi tərəfindən Sabirabad şəhəri, Zülfi Hacıyev adına 7 saylı tam orta məktəbin ərazisində «Məktəblilərin ekoloji biliklərinin artırılması» mövzusunda maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə İctimai birliyin rəhbəri Sevil Yüzbaşova çıxış edərək İctimai Birliyin fəailiyyətindən danışaraq QHT-lərə  verilən dəstəyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirmişdir.

Daha sonra məktəblilərin iştirakı ilə ətraf mühitin bəzi tullantı materiallardan təmizlənməsi üzrə aksiya keçirilmişdir.

Keçidlər