Şriftin ölçüsü :

Saytın rəngi :

Quruzma kəndində əhali ilə görüş keçirilmişdir

19 aprel 2018 | 16:00

Aprelin 19-da Quruzma kəndindəki “Təhminə” şadlıq sarayında rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Quruzma kənd sakinləri ilə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Nazim İsmayılov qazanılmış uğurlardan danışmış, pambıqçılıq sahəsində görülmüş işlərdən, əldə olunmuş uğurlu nəticələrdən bəhs etmişdir. Bildirmişdir ki, bununla belə Quruzma kənd inzibati ərazi dairəsində pambıqçılıq sahəsində nöqsanlar mövcuddur. Bütün bunların nəticəsidir ki, ötən il hər hektarda məhsuldarlıq aşağı olmuşdur. Növbəti pambıq əkininə də hazırlıq qənaətbəxş deyildir. Ərazidə potensial imkanlardan geniş istifadə edilmir.

Tədbirdə RİHB-nın Quruzma kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Eyvaz Fərəzliyevin məlumatı dinlənilmişdir.

Kənd sakinlərindən Əliqardaş İbrahimov, Xalıq Fərəcov, İrzəxan Mirzəyev və başqaları çıxış edərək öz təkliflərini vermişlər.

Rayon İcra Hakimiyyətinin başçısı tədbiri yekunlaşdıraraq qaldırılmış məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarına müvafiq tapşırıqlar vermişdir.

Keçidlər