Şriftin ölçüsü :

Saytın rəngi :

Nizami kəndində əhali ilə görüş keçirilmişdir

17 aprel 2018 | 16:00

Aprelin 17-də Nizami kənd mədəniyyət evində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Nizami kənd sakinləri ilə görüşmüşdür. Tədbirdə RİHB aparatının məsul işçiləri, xidmət təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Nazim İsmayılov ölkəmizdə və rayonumuzda görülmüş mühüm quruculuq işlərindən, aqrar sahədə qazanılmış uğurlardan danışaraq qeyd etmişdir, ölkə Prezidenti cənab İlham Əliyevin səyi ilə respublikamızın hər yerində olduğu kimi, rayonumuzun kəndlərində də aqrar sahədə canlanma yaranmışdır. Rayon İcra Hakimiyyətinin başçısı pambıqçılıq sahəsində görülmüş işlərdən, əldə olunmuş nəticələrdən bəhs etməklə yanaşı, yol verilmiş nöqsanlardan da danışmışdır.

Tədbirdə RİHB-nin Nizami kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Allahverdi Əliyevin və bələdiyyə sədri Müslüm Rzayevin məlumatları dinlənilmişdir.

Kənd sakinlərindən Əliqismət Nağıyev, Hökməli Xəlilov, Mail Əhmədov və başqaları çıxış edərək öz təkliflərini vermişlər.

Rayon İcra Hakimiyyətinin başçısı tədbiri yekunlaşdıraraq qarşıya çıxan çətinliklərin və problemlərin həlli ilə bağlı rayonun əlaqədar təşkilatlarına müvafiq tapşırıqlar vermişdir. 

Keçidlər