Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları təşkil edilmişdir

26 mart 2018 | 16:00

Fevralın 17-dən başlayaraq həftənin hər şənbə və bazar günləri, habelə 20-26 mart Novruz bayramı günlərində rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Sabirabad şəhərinin 20 Yanvar küçəsində kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunmuşdur.

Rayonun bütün inzibati ərazi dairələrindən ət, süd, yumurta, meyvə-tərəvəz, digər ərzaq məhsulları satışa çıxarılmışdır. Burada satılan məhsulların keyfiyyəti yüksək olmaqla qiymətləri bazar və digər ticarət şəbəkələrindəki qiymətlərdən ucuz idi. Yarmarkaya gələn Sabirabad şəhərinin sakinləri, rayonumuza gələn qonaqlar bunun şahidi olmuşlar.

Keçidlər