Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda qanvermə aksiyası keçirilmişdir

21 dekabr 2017 | 16:00

Dekabrın 21-də Sabirabad Mərkəzi rayon Xəstəxanasının Poliklinika şöbəsində qanvermə aksiyası keçirilmişdir. Aksiya talassemiya xəstəliyindən əziyyət çəkən xəstə uşaqlara yardım məqsədi daşıyırdı. Qanvermə aksiyasını B.Eyvazov adına Hematologiya Transfiziologiya İnstitutu nəzdində fəaliyyət göstərən Mərkəzi Qan Bankının bir qrup əməkdaşı həyata keçirmişdir.

İdarə, müəssisə və təşkilatların kollektivləri aksiyada könüllü surətdə iştirak etmişlər. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov və YAP rayon təşkilatının sədri Məleykə Ağayeva ilk qanverənlər sırasında olmuşlar.

Həmin gün qanvermə aksiyasında 211 nəfər qan vermişdir.

Keçidlər