Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Milli Qəhrəman Murad Mirzəyevin xatirəsinə həsr olunmuş yarış keçirilmişdir

09 dekabr 2017 | 16:00

Dekabrın 9-da Sabirabad Olimpiya İdman Kompleksində Milli Qəhrəman Murad Mirzəyevin xatirəsinə həsr olunmuş yunan-roma güləşi üzrə yarış keçirilmişdir. Yarışda Bakı, Sumqayıt, Şirvan, Gəncə şəhərlərinin, Abşeron, Göyçay, Qusar, Hacıqabul, Zəngilan, Beyləqan, Kürdəmir və Sabirabad rayonlarının idmançıları iştirak etmişlər.

Yarışdan əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir. Gənclər və İdman Nazirliyinin nümayəndəsi Tofiq Eyvazov, rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, Milli Qəhrəman Murad Mirzəyevin atası Telman Mirzəyev, AVMVB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov çıxış edərək idmançılara uğurlar arzulamışlar. Sonda qalib gələn idmançılar mükafatlandırılmışlar.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.

Keçidlər