Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda «Azərbaycan Respublikasının dövlət institutları tərəfindən vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərinin dəstəklənməsi» adlı seminar keçirilmişdir

13 noyabr 2017 | 16:00

Noyabrın 13-də Sabirabad rayon Gənclər Mərkəzində Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının iştirakçısı olan dövlətlərdə demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun Bakı filialı seminar keçirmişdir.

Tədbir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarətlə başlamışdır. «Azərbaycan Respublikasının dövlət institutları tərəfindən vətəndaş cəmiyyətinin ictimai təşəbbüslərinin dəstəklənməsi» adlı seminarda Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, MDB PAA Şurası Baş Katibinin müavini, Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətli nümayəndəsi Aydın Cəfərov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Elçin Quliyev, MDB PAA Şurası Katibliyi rəhbərinin müavini, MDB PAA DİMBİ direktoru Dmitri Qladey, MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev,ekspertlər professor Şikar Qasımov, professor Sübhan Namazov, rayon Məhkəməsinin sədri Füzuli Pənahov, rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev, 64 saylı Sabirabad ikinci Seçki Dairəsi Dairə Seçki Komissiyasının sədri Şükür İmanov, Sabirabad bələdiyyəsi sədrinin müavini Zakir Əsgərov və başqaları çıxış etmişlər. Dinləyicilərə filialın apardığı eyni adlı elmi araşdırma işinin yekunlarını əks etdirən əyani vəsaitlər təqdim edilmişdir. Sonra sərbəst çıxışlar olmuşdur.

Tədbir iştirakçıların sualları əsasında davam edən diskussiyalardan sonra yekunlaşmışdır.

Keçidlər