Şriftin ölçüsü :

Saytın rəngi :

08 noyabr 2017- ci il tarixdə Sabirabad rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Sabirabad Gənclər Mərkəzində Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir.

08 noyabr 2017 | 16:00

Tədbir iştirakçıları ilk öncə rayon məktəblilərinin “Azərbaycan Bayrağı” adlı rəsm sərgisi ilə tanış olmuşlar.Rayon Gənclər və İdman idarəsinin rəisi Nadir Quliyev Azərbaycan Dövlət Bayrağı haqqında məlumat vermiş və tədbiri açıq elan etmişdir. Sonra söz Sabirabad rayon İcra Hakimiyyətinin Başçısı Nazim İsmayılova vermişdir.İcra başçısı çıxış edərək gəncləri əlamətdar gün münasibətilə təbrik etmiş və onları hər zaman Azərbaycan Bayrağını uca tutmağı tövsiyyə etmişdir. Sonra rəsm sərgisinin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Tədbir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Bayrağı haqqında söylədiyi vidio-roliklə sona çatmışdır.

Keçidlər