Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayon Mədəniyyət Mərkəzində “Günahsız günahkarlar” tamaşası nümayiş olunmuşdur

02 noyabr 2017 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş «Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı»nda və «Azərbaycan gəncliyi 2017-2021-ci illərdə» Dövlət Proqramında gənclər arasında insan alveri və zorakılıq haqqında maarifləndirmə işinin gücləndirilməsi aidiyyəti dövlət orqanlarının qarşısında vəzifə kimi qoyulmuşdur.

Bununla əlaqədar Gənclər və İdman Nazirliyinin sifarişi ilə Bakı Uşaq teatrı tərəfindən “Günahsız günahkarlar” tamaşası hazırlanmışdır. 02 noyabr 2017-ci il tarixdə həmin tamaşa Sabirabad rayon Mədəniyyət Mərkəzində nümayiş olunmuşdur. Tamaşanın ssenarisi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltan, rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahim, rəqslərin quruluşçusu Könül Şahbazovadır. Rolları Bakı Uşaq Teatrının aktyorları ifa etmişlər. 

Sağlam həyat tərzinin təbliği layihəsi çərçivəsində hazırlanmış tamaşa iştirakçıların böyük marağına səbəb olmuşdur.

Keçidlər