Şriftin ölçüsü :

Saytın rəngi :

“Regional Sosial Araşdırmalar” İctimai Birliyi tərəfindən Sabirabadda tədbir keçirilmişdir

10 oktyabr 2017 | 16:00

Oktyabrın 10-da Gənclər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Regional Sosial Araşdırmalar” İctimai Birliyi tərəfindən «Gənclərin məşğulluğuna həsr olunmuş araşdırmaların aparılması və ictimai müzakirələrin təşkili» layihəsi çərçivəsində növbəti müzakirə keçirilmişdir.

Tədbiri giriş sözü ilə rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev açaraq qonaqları təqdim etmiş, mövzunun böyük əhəmiyyət kəsb etdiyini, müzakirənin çox faydalı olacağına əminliyini bildirmişdir.

Birliyin sədri Şükür İzzətoğlu layihə haqqında geniş məlumat vermişdir. O qeyd etmişdir ki, layihənin əsas mahiyyəti regionlarda gənclərin məşğulluq vəziyyətinin səviyyəsini öyrənmək, işsizliyin əsas səbəblərini aşkar etməkdən ibarətdir. Dövlətin məşğulluq siyasətində işsiz gənclərin yeri, onlar üçün yeni iş yerlərinin yaradılması mexanizmi, qeyri-məşğul gənclərin sosial müdafiəsinin gücləndirilməsi sahəsində görülən işlər, cəmiyyətin inkişafı üçün gənclərin əməyindən səmərəli istifadə edilməsi yollarının axtarılması əsas məqsədlərdəndir.

Daha sonra gəncləri maraqlandıran suallara cavab verilmişdir. 

Keçidlər