Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda “Müharibə veteranlarının problemlərinin araşdırılması” layihəsi çərçivəsində tədbir keçirilmişdir

03 oktyabr 2017 | 16:00

Oktyabrın 3-də YAP Sabirabad rayon təşkilatının inzibati binasında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Müharibə veteranlarının problemlərinin araşdırılması” layihəsi çərçivəsində tədbir keçirmişdir.

Tədbirdə layihə rəhbəri, AVMVİB sədrinin birinci müavini Vahid Əbdürrəhmanov, İctimai Birliyin Nəzarət təftiş komissiyasının sədri Niyazi Quliyev, şöbə müdiri Akif Abbasov, Sabirabad rayonunda yaşayan fəal Qarabağ müharibəsi veteranları,  idarə və müəssisələrin nümayəndələri, bir qrup idmançılar iştirak etmişlər.

Tədbirin keçirilməsində məqsəd rayonumuzda yaşayan müharibə veteranlarına  dövlət tərəfindən şamil olunan güzəşt və imtiyazlardan lazımınca yararlana bilmələri, qarşılaşdıqları hər hansı problemi yaradan amillərin araşdırılması, hüquqi yardımların göstərilməsi və digər məsələlərin müzakirəsi olmuşdur.

Tədbirdə AVMVİB sədrinin birinci müavini V.Əbdürrəhmanov çıxış edərək tədbirin məqsədi barədə ətraflı məlumat vermişdir. Veteranların qarşılaşdıqları bir çox problemlərdən, xüsusilə də veteran adlarının alınmasında qarşıya çıxan çətinliklərdən danışmış, tədbirin təşkil edilməsində göstərilmiş köməkliyə görə rayon rəhbərliyinə dərin minnətdarlığını  bildirmişdir.

Mövzu ətrafında AVMVİB Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, Qarabağ veteranlarından Amil Hümbətov, İslam Aslanov, Rəhman Bağırov, SHXÇ üzrə Dövlət Xidmətinin rəis müavini Sahil Abbasov, Asan Xidmətin könüllülərindən Vəfadar Cəfərov çıxış etmişlər

Tədbirdə Sabirabad RİHB-nın birinci müavini Həsən Həsənov iştirak və çıxış etmişdir.

Keçidlər