Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda "Heydər Əliyev İslam həmrəyliyi ideasının banisidir” mövzusunda müzakirə keçirilmişdir

15 sentyabr 2017 | 16:00

       “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi ili” elan edilməsinə dair Tədbirlər Planı”ndan irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu sentyabrın 15-də Sabirabad Dövlət Sosial-İqtisadi Kollecində “İslam Həmrəyliyi ili»” və 15 sentyabr – “Bilik günü”nə həsr edilmiş "Heydər Əliyev İslam həmrəyliyi ideasının banisidir” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Nahid Məmmədovun məruzəsi dinlənilmişdir. Məruzə ətrafında müzakirədə kollecin tədris işləri üzrə direktor müavini Vəli Rəhimovvə kollecin müəllimi Səidə Hüseynova çıxış etmişlər.
     Tədbirdə Ulu öndər Heydər Əliyevin İslam həmrəyliyi  ideyasının banisi olduğu tarixi faktlar əsasında vurğulanıb. Bildirilib ki, Ulu öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə daim dindarların problemləri ilə maraqlanıb, dövlət-din münasibətlərinin tənzimlənməsində, multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar edilməsində böyük işlər görüb, xarici siyasətdə islam amilinə xüsusi önəm verib.
     Çıxışçılar Prezident İlham Əliyevin İslam Həmrəyliyi ilə bağlı çağırışının Ulu öndər Heydər Əliyevin irəli sürdüyü İslam birliyi ideyasının məntiqi davamı olduğunu söyləyiblər.  
        Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər