Şriftin ölçüsü :

Saytın rəngi :

Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Sabirabad şəhərində vətəndaşları qəbul etmişdir

25 avqust 2017 | 16:00

25 avqust 2017-ci il tarixdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov Sabirabad şəhərində Saatlı, İmişli, Hacıqabul və Sabirabad rayonlarının sakinlərinin, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirmişdir. Qəbuldan əvvəl Fövqəladə Hallar Naziri və Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov şəhərin mərkəzi meydanında ucalan ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər.
Fövqəladə Hallar Naziri tərəfindən qəbul edilən 14 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir. Bundan başqa, kadr məsələləri ilə bağlı 63, digər məsələlərlə bağlı müraciət etmiş 43 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunmuşdur.

Keçidlər