Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanda qız övladlarının dəyərinin artırılması məqsədilə gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində Sabirabad rayonunda təlimlər keçirildi

22 avqust 2017 | 16:00

21-22 avqust 2017-ci il tarixdə Sabirabad Gənclər Evində Niderland Krallığının Azərbaycandakı Səfirliyinin maliyyə dəstəyi, BMT-nin Əhali Fondu, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı ilə “Azərbaycanda qız övladlarının dəyərinin artırılması məqsədilə gənclərin maarifləndirilməsi” layihəsi çərçivəsində Sabirabad rayonunda təlimlər keçirilmişdir. Layihənin məqsədi gənc və yetkinlik yaşına çatmayanların fəal iştirakına yönələn təmamilə yeni və fərqli maarifləndirmə tədbirləri yolu ilə cəmiyyətdə qız uşaqlarının əhəmiyyətini və onların dəyərini vurğulamaqdır.
Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov açmış mövzunun aktuallığından danışmışdır. BMT-nin Əhali Fondunun müşaviri Fərid Babayev, Niderland Krallığının Azərbaycandakı səfiri Onno Kervers, Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov çıxış etmişlər.
Təlimlərdə ASAN könüllüləri, rayonun fəal gəncləri iştirak etmişlər. 40 nəfərin iştirak etdiyi, iki gün davam edən təlimlər zamanı “Gözləntilərin müəyyən olunması”, “Zorakılıq və ayrı seçkilik”, “Gender rollarını araşdırmaq”, “Ailədəki iş bölgüsü”, “Qız uşaqlarının əhəmiyyəti” və başqa məsələlərə toxunularaq auditoriyaya geniş məlumatlar verilmişdir.

Keçidlər