Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda Heydər Əliyevə böyük ehtiram var

09 iyun 2017 | 16:00

Sabirabadlılar 24 il əvvəl respublikamızda cəryan etmiş hadisələri yaxşı xatırlayırlar. Naşı, səriştəsiz, xəyanətkar rəhbərlər Azərbaycanı vətəndaş müharibəsi, parçalanmaq, dağılmaq həddinə gətirib çıxarmışdılar. Bütün sahələrdə ağır böhran hökm sürürdü. İnsanların gələcəyə inamı tükənmişdi.
Belə ağır, taleyüklü məqamda mürdik rəhbər Ümummilli lider Heydər Əliyev xalqın təkidli xahişilə hakimiyyətə gəldi, ölkəmizi bəlalardan, faciələrdən qurtardı, müstəqilliyimizi qoruyub möhkəmləndirdi. Bizə müstəqil, suveren, demokratik Azərbaycan ərmağan etdi.
Milli Qurtuluş Günü ilə başlanan bu tarixi xatırlamaq Ulu öndərin xatirəsinə dərin hörmət və ehtiramlarını bildirmək üçün Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, ziyalılar, ictimaiyyətin nümayəndələri Heydər Əliyev mərkəzi meydana toplaşmışdılar. Dahi rəhbərin abidəsi önünə gül-çiçək dəstələri düzüb onun parlaq xatirəsini ehtiramla yad etdilər.
Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Gününə həsr olunmuş geniş tədbir dövlət     himninin səsləndirilməsi ilə başladı. Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov məruzə ilə çıxış edərək bu günün tarixi əhəmiyyətindən, 1993-cü ilin iyunun 15-də Ulu öndərin xalqın təkidilə hakimiyyətə qayıdışından, müstəqilliyimizin qorunub möhkəmləndirilməsi və ölkəmizin dinamik inkişafı istiqamətində gördüyü işlərdən, Ulu öndərimizin misilsiz xidmətlərindən ətraflı söhbət açdı. Ümummilli liderin siyasi kursunun ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirildiyini vurğulayan N.İsmayılov bu siyasətin Sabirabad rayonunda da gözəl bəhrələr verdiyini, rayonun şəhər və kəndlərində abadlıq-quruculuq işlərinin geniş vüsət aldığını bildirdi.
    Sonra rayon Təhsil şöbəsinin müdiri Pəhlivan Qarayev, Sosial-iqtisad kollecinin    tələbəsi Saray Əliyeva Ulu öndərin keçdiyi şərəfli həyat yolundan danışdılar və bayram münasibətilə tədbir iştirakçılarını təbrik etdilər.
    Sonra məktəblilər arasında Milli Qurtuluş Günününə həsr olunmuş inşa müsabiqəsinin qalibləri mükafatlandırldı.

 

Keçidlər