Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda 28 May Respublika Günü qeyd edilib

25 may 2017 | 16:00

Azərbaycan Xalq Cümhuriyyətinin 99-cu ildönümü münasibətilə Sabirabad rayonunda keçirilən tədbirdən əvvəl şəhərin mərkəzi meydanında ucalan ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər qoyulmuşdur. Bayram münasibətilə keçirilən ümumrayon tədbirində Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov geniş məruzə ilə çıxış etmişdir. Natiq Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin şərəfli səhifəsi oldu- ğundan, XX əsrin sonunda milli dövlətçiliyimizin qorunub saxlanılmasında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətlərindən, ölkəmizin milli dövlətçilik tarixindən, ötən əsrin sonunda ikinci dəfə müstəqilliyinə qovuşan Azərbaycanda Heydər Əliyev siyasəti nəticəsində əldə olunan nailiyyətlərdən ətraflı danışmış və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi sayəsində dövlətimizin çox sürətlə inkişaf etməsindən, müstəqilliyimizin daha da möhkəmləndiyindən geniş bəhs etmişdir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən və XX əsrin sonlarında ölkəmizin öz dövlət müstəqilliyini bərpa etməsindən danışan icra başçısı bildirib ki, müstəqilliyimizin əbədi və dönməz xarakter alması ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətidir. Ümummilli liderin gərgin səyləri ilə davamlı ictimai–siyasi sabitlik əldə edildi, ölkədə hüquqi və demokratik dövlət quruculuğu prosesinə başlanıldı. Ulu öndərin başladığı milli dövlət quruculuğu konsepsiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu və müstəqil Azərbaycan dövlətçiliyinin müasir modeli yarandı. Sonra incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.

Keçidlər