Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda "Narkomaniyaya qarşı" tədbir keçirilmişdir

16 may 2017 | 16:00

16 may 2017-ci il tarixdə Sabirabad şəhəri Nəriman Nərimanov adına 2 saylı məktəb- liseydə və Sabirabad Dövlət Sosial İqtisadi kollecdə gəncələri marifləndirmək məqsədi ilə tədbir keçirilmişdir. Tədbirdə «Gənclər üçün təhsil mərkəzi» aran regional ofisinin rəhbəri Yusif Poladov narkomaniyanın zərərlərindən danışaraq geniş nitq söyləmişdir. Azərbaycan Resrublikası Nazirlər Kabineti yanında narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı Dövlət komissiyası işçi qrupunun rəhbərinin muavini Vasif Quliyev narkotik maddələrin  qanunsuz dövriyyəsindən danışaraq gəncləri bu zərərli vərdişdən uzaq qalmağa səslədi . Mövzu ətrafında Sabirabad rayon Polis şöbəsinin xidmət üzrə rəis muavini polis mayoru Aqşin  Tağiyev, RİHB-nin Sabirabad şəhər icra numayəndəsinin muavini Nizami Ağayev, rayon Təhsil şöbəsi müdirinin muavini Azər Quliyev çıxış etmiş, hər yaş qrupu üçün təhlükəli olan narkomaniyanın çox zərərli vərdiş olduğunu qeyd etmiş, gəncləri sağlam həyat tərzinə dəvət etmişlər.

 

Keçidlər