Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda ŞAHİN hərbi idman oyunlarının zona yarışları keçirilmişdir

27 aprel 2017 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmət, Azərbaycan Respublikası Fövqalada Hallar Nazirliyinin, Azərbaycan Respublikası Veterenlar Təşkilatının, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan ŞAHİN hərbi idman oyunlarının zona turunda Hacıqabul, Şirvan, Saatlı, İmişli, Beyləqan, Xocavənd, Cəbrayıl, Füzuli rayonun məktəbliləri iştirak etmişlər.
İlk öncə Dövlət Himni ilə təntənəli açılış mərasimi olmuşdur. Açılış mərasimini Sabirabad rayon Gənclər və İdman İdarəsinin  rəisi Nadir Quliyev açaraq qonaqları salamlamış və yarış iştirakçılarına uğurlar arzulamışdır.
Çıxış edənlərdən Sabirabad rayon İcra Hakimiyyəti Başçısının I müavini Həsən Həsənov,  Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabirabad şöbəsinin rəisi, polkovnik - leytenat Rəsul Babayev, rayon Təhsil Şöbəsinin müdiri Pəhlivan Qarayev çıxış edərək iştirakçılara uğurlar arzulamışlar.
Sonra yarışlara start verlimişdir. Yarışlar maneələrin dəf olunması, tüfəngdən hədəfə atəş açmaq, avtomatın sökülüb yığılması, mülkü müdafiə hazırlığı daxil olmaqla fiziki və komandaların sıra hazırlığından ibarət olmuşdur.
Qeyd olunan maneləri uğurla dəf edən komandalardan Şirvan şəhər komandası I yerə, Saatlı rayon komandası II yerə, Hacıqabul rayon komandası isə III yerə layiq görülmüşdür. Şirvan şəhər və Saatlı rayon komandaları Bakı şəhərində keçiriləcək oyunların final mərhələsinə vəsiqə qazanmışlar.
Qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən diplomlarla təltif olunmuşlar.

Keçidlər