Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəman Murad Mirzəyevə həsr olunmuş film nümayiş etdirilmişdir

31 mart 2017 | 16:00

Martın 31-də rayon Gənclər Mərkəzində Azərbaycanın Milli Qəhrəmanı Murad Telman oğlu Mirzəyevin doğum gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Nadir Quliyev açdıqdan sonra Vətənimizin bütövlüyü, torpaqlarımızın düşmənlərdən müdafiə edilməsi uğrunda mübarizədə igidliklər göstərmiş şəhidlərin, eyni zamanda Milli Qəhrəman Murad Mirzəyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Nadir Quliyev çıxışında bildirmişdir ki, Azərbaycanın Milli Qəhrəmanı Murad Mirzəyev 31 mart 1976-cı ildə Sabirabad rayonunun Muğangəncəli kəndində anadan olmuşdur. Rayon Gənclər və İdman İdarəsinin sifarişi ilə internet radiosunun əməkdaşları Murad Mirzəyevin doğum günü ilə əlaqədar film hazırlamışlar. Tədbir iştirakçıları həmin filmə tamaşa etmişlər. Filmdə Milli Qəhrəman Murad Mirzəyevin keçdiyi həyat və fəaliyyəti əks etdirilmiş, onun qəhrəmanlığından bəhs olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov tədbirdə iştirak etmişdir.

 

Keçidlər