Şriftin ölçüsü :

Saytın rəngi :

Qasımbəyli kəndinə təbii qaz verildi

06 mart 2017 | 16:00

Mart ayının 6-da rayonumuzun daha bir yaşayış məntəqəsi olan Qasımbəyli kəndinə də təbii qaz verilmişdir. Təbii qazın verilməsi münasibətilə burada açılış mərasimi keçirilmişdir. Mərasimdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Salyan rayon Regional Qaz İstismarı idarəsinin rəisi Kamil İsayev çıxış edərək kənd sakinlərini təbrik etmişlər.
Qazın açılışını bildirən məşəl alovlandırılmış, kənd sakinləri bu mərasimi sevinc hissi və alqışlarla qarşılamışlar. Mərasim iştirakçıları Rəşad Qasımovun mənzilində təbii qazın verilməsi münasibətilə ailənin sevincinə şərik olmuşlar.

Keçidlər