Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümov Sabirabadda qəbul keçirmişdir.

03 mart 2017 | 16:00

Martın 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov şəhərimizdəki Heydər Əliyev Mərkəzində Sabirabad, Saatlı, Hacıqabul rayonlarından və Şirvan şəhərindən olan vətəndaşları qəbul etmişdir.
Qəbuldan öncə nazir Səlim Müslümov və rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov ümummilli lider Heydər Əliyevin şəhərimizin Mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət edərək önünə gül qoymuşlar.
Qəbul zamanı cənab Səlim Müslümov ölkə Prezidenti cənab İlham Əliyevin 20 iyun 2014-cü il tarixli Sərəncamına əsasən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzil tikintisi barədə danışmışdır. Qeyd etmişdir ki, ötən il Sabirabad rayonunda 10, Şirvan şəhərində 7 fərdi ev tikilmiş və hazırda yeni fərdi evlər inşa olunur. Həmçinin Saatlı və Hacıqabul rayonlarında Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi evin tikintisi aparılır.
Qəbul zamanı sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyin müvafiq bəndləri vətəndaşlara ətraflı izah olunmuşdur. Bir sıra müraciətlərdə qaldırılan məsələlər yerində həll edilmişdir. Müraciətlərinə əsasən sağlamlıq imkanları məhdud olan 1 uşaq və fiziki problemləri olan 2 nəfər əlil arabaları ilə təmin edilmişdir. İşləmək üçün müraciət edən bir neçə vətəndaşa yaşadıqları ərizi üzrə müəssisələrdə olan boş iş yerləri təklif edilmiş və onlara göndərişlər verilmişdir.
Nazir Səlim Müslümov ötən il Sabirabad, Saatlı, Hacıqabul, rayonlarından və Şirvan şəhərindən olan 4 mindən artıq işsizin, cari ilin yanvarında isə 376 nəfərin işlə təmin edildiyini bildirmişdir.
Nazir vətəndaşlardan bir qisminin müraciətlərinə əsasən onların bərpa müalicəsi xidmətləri, reabilitasiya vasitələri ilə təmin olunmaları və s. ilə əlaqədar  tapşırıqlar vermişdir.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlər aidiyyəti təşkilatlara çatdırılması üçün qeydiyyata alınmışdır.

Keçidlər