Home Contact Phone
background

Xəbərlər

  • Azərbaycan Respublikasının Prezidenti, Türkdil...

    Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri cənab İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans formatında keçirilmiş fövqəladə Zirvə görüşü

    2020-05-11

    Azərbaycan Respublikasının Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sədri İlham Əliyevin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirilmişdir. Türk Şurasının Zirvə Görüşündə çıxış zamanı cənab Prezident haqlı olaraq vurğuladı ki, “pandemiyanın ilk günlərindən etibarən bəzi ölkələr və beynəlxalq təşkilatların koronavirus qarşısında çaşqın qalmasının, özünəqapanma yolunu seçməsinin şahidi olduq”. Belə bir təhlükənin hər kəsin qapısını döydüyü və multilateralizmin demək olar ki, can verdiyi şəraitdə belə, Prezident İlham Əliyev nümunəvi addım ataraq pandemiyaya yalnız qlobal əməkdaşlıq və həmrəylik sayəsində qalib gəlməyin mümkünlüyünü dünyaya nümayiş etdirdi. Dünya birliyinin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan koronavirus təhlükəsinin ilk günlərindən etibarən qlobal həmrəylik çağırışlarına dəstək vermişdir. Azərbaycan koronavirusa qarşı qlobal mübarizəyə dəstək olaraq Ümumdünya Səhiyyə Təşkilatına könüllü maliyyə yardımı ayırmışdır. Eyni zamanda, əlavə olaraq Ümumdünya Səhiyyə Təşkilatına bir daha könüllü maliyyə töhfəsi ayrılacaqdır ki, bu dəstək zəruri ehtiyacların qarşılanması üçün koronavirusdan ən çox zərər çəkmiş Hərəkat üzvlərinə yönəldiləcəkdir. Habelə, Azərbaycan tərəfindən bir sıra ölkələrə də ikitərəfli əsasda yardım həyata keçirilmiş və keçirilməkdədir.

  • Faşizm üzərində qələbənin 75 illik yubileyi...

    Faşizm üzərində qələbənin 75 illik yubileyi qeyd olunur

    2020-05-09

    Bu gün Azərbaycan xalqı da faşizm üzərində tarixi qələbənin 75 illik yubileyini qeyd edir. 600 mindən çox oğul və qızını cəbhəyə yola salan xalqımızın Qələbənin əldə olunmasında çox böyük rolu olmuşdur. Bu dəhşətli və qanlı müharibədə göstərdikləri igidliyə görə Azərbaycanın 120 əsgər və zabiti Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 170 mindən çoxu isə müxtəlif orden və medallarla təltif edilmişdir. Müharibənin ilk günlərindən başlayaraq azərbaycanlılardan formalaşdırılmış 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyalar döyüşlərdə misilsiz igidlik və şücaət göstərərək adlarını tarixin səhifələrinə qızıl hərflərlə yazmışlar. Partizan hərəkatında iştirak edən soydaşlarımız da saysız-hesabsız qəhrəmanlıqlar göstərmişlər. Faşizmə qarşı mübarizədə azərbaycanlılar döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərmişlər. Şanlı Qələbənin əldə olunmasında Bakı neftinin rolu böyük olmuşdur. O dövrdə cəbhəyə göndərilən neft məhsullarının 80%-i məhz Bakıdan yola salınırdı. Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə İkinci Dünya müharibəsi veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1941-1945- ci illərdə faşizmə qarşı vuruşmuş müharibə veteranlarına dövlət qayğısını sosial sahədəki fəaliyyətinin əsas istiqamətlərindən birinə çevirmişdir. Sevindirici haldır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin Sərəncamları ilə bütün sağ qalan veteranlar Qələbənin 75 illiyi münasibəti ilə təsis olunmuş yubiley medalları ilə təltif edilmişlər.

  • Azərbaycan xalqının Ümummilli lideri Heydər ...

    Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü

    2020-05-07

    Xalqımız üçün may ayının 10-u əlamətdar gündür. Həmin gün biz azərbaycanlılar üçün artıq simvollaşıb, tarixləşib. Çünki zəmanəmizin ən böyük şəxsiyyəti, Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, bütün xalqımızın dahi oğlu və böyük öndəri Heydər Əlirza oğlu Əliyev məhz həmin gün-mayın 10-unda anadan olmuşdur. Tarix dəfələrlə sübut etmişdir ki, Ulu öndər böyük iradə və qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla ən çətin vəziyyətdən belə çıxmaq üçün düzgün yol tapmağı bacarırdı. Ona görə də həmişə başladığı işi uğurla sona çatdırırdı. Heydər Əliyevi zirvələrə qaldıran, ümummilli lider məqamına yüksəldən keyfiyyətlərdən birincisi onu xalqına bağlayan qırılmaz tellər idi. O, heç zaman özünün dediyi kimi, nə yüksək dövlət vəzifəsinin imkan verdiyi şəraitdə, nə də Naxçıvanda yaşadığı dövrdə xalqından uzaq düşmədi. Onunla birgə oldu, yaxşı günündə də, yaman günündə də. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən böyük öndərimiz bütün ömrünü xalqının rifahına, ölkəsinin tanınmasına, onun güclü dövlət olmasına sərf etdi, xalqa xidməti hər şeydən uca tutdu. Güclü və yenilməz bir dövlət qurdu. Dahi Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsinə, müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Bu gün Ulu öndərin siyasətinin layiqli və alternativsiz davamçısı Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikamız özünün geostrateji, iqtisadi və mədəni potensialından daha geniş istifadə edərək Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

  • Sabirabad rayon İcra Hakimiyyətində onlayn mü...

    Sabirabad rayon İcra Hakimiyyətində onlayn müşavirə keçirilmişdir

    2020-05-05

    Müşavirədə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov və rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak etmişlər. Müşavirəni giriş sözü ilə açan rayon İçra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov ilk öncə koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın 1 may 2020-ci il tarixli qərarı ilə rayon ərazisində tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilmiş və bundan sonra da Qərargahıın qərarlarına, tövsiyə və tapşırıqlarına əməl etməyin vacibliyini diqqətə çatdırmış, bu sahədə əhali arasında ciddi maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulamışdır. İcra başçısı daha sonra bildirmişdir ki, indi kənd təsərrüfatı işlərinin qızğın vaxtıdır. Qarşıdan gələn taxıl biçinin, pamıq əkinlərinin aqrotexniki qaydada keçirilməsi və becərilməsinin nümunəvi təşkili qarşıda duran vacib vəzifələrdəndir. İcra başçısı baramaçılığın inkişafı istiqamətində görülən işlərdən və qarşıda duran vəzifələrdən də danışmışdır. O bir sira ərazi vahidliklərində əkilmiş tut ağaclarına laqeyd münasibətdə olan icra nümayəndələrini ciddi tənqid etmişdir.

  • TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ ...

    TAXIL YIĞIMI ZAMANI YANĞIN TƏHLÜKƏSİZLİYİ TƏDBİRLƏRİ

    2020-04-29

    Bu gün taxıl tədarükü iqtisadiyyatımızın ən önəmli sahələrindəndir. Təsadüfi deyildir ki, son dövrlər taxıl tədarükünün artırılması, əhalinin ərzaq təminatı ilə bağlı dövlət başçısı, hökumət tərəfindən mühüm qərarlar qəbul edilmişdir. Taxıl tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu strateji əhəmiyyətli məhsulun yanğın təhlükəsizliyi daima diqqət mərkəzində olmalı, yanğın təhlükəsizliyi ilə bağlı bütün zəruri tədbirlər həyata keçirilməlidir. Birinci növbədə qeyd edilməlidir ki, kənd təsərrüfatı məhsullarının oddan qorunması tək yanğından mühafizə orqanları əməkdaşlarının işi deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün əməkçilərin, təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin və s. ümdə vəzifəsi olmalıdır. Xüsusi olaraq qeyd edək ki, mülkiyyət formasından asılı olmayaraq hər bir təsərrüfat rəhbəri tabeliyində olan obyektlərin yanğın təhlükəsizliyinə cavabdeh şəxs kimi məsuliyyət daşıyır. Həmçinin ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək təsərrüfat rəhbərləri yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasını tam təmin etməli, bununla əlaqədar kənd təsərrüfatı işçiləri arasında müvafiq maarifləndirmə işləri aparmalıdırlar.

  • Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın...

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar maarifləndirmə məlumatı

    2020-04-09

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar maarifləndirmə məlumatı

  • Fövqəladə Hallar Nazirliyinin avtonəqliyyat va...

    Fövqəladə Hallar Nazirliyinin avtonəqliyyat vasitələri sahiblərinə müraciəti

    2020-04-09

    Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 5 aprel 2020-ci il tarixindən ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqi və hərəkət məhdudiyyətinin müəyyən olunması avtomobillərdən istifadəni kəskin azaldıb və avtonəqliyyat vasitələri əsasən yaşayış binalarının həyətyanı sahələrində park edilib. Həyatımızın ilk və kaş ki, sonuncu olacaq karantin rejimli dövrünü yaşayırıq. Bu rejim daha çox diqqət, hər kəsə qayğı ilə yanaşma, həmrəylik nümayiş etdirmək tələb edir!

  • İşsiz kimi qeydiyyata alınan şəxslərə yaşa...

    İşsiz kimi qeydiyyata alınan şəxslərə yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmənin verilməsi qaydaları və prosedurları

    2020-04-08

    1. İlk növbədə şəxs “işsiz şəxs” kimi qeydiyyatla alınmalıdır. o “Məşğulluq haqqında” Qanuna əsasən işsiz şəxs – işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan, əmək qabiliyyətli yaşda olan əmək qabiliyyətli şəxsdir. o Qanuna əsasən aşağıdakı şəxslər işsiz kimi qeydiyyata alına bilməz:  muzdla işləyənlər  mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər  sahibkarlar,  mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar  ailə kəndli təsərrüfatının üzvləri  haqqı ödənilən vəzifəyə seçilənlər, təyin və ya təsdiq edilənlər  Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər  ödənişli fəaliyyətlə məşğul olan ali və orta ixtisas təhsil müəssisələrində əyani təhsil alanlar 2. Aşağıdakı ödənişlərdən birini alan işsiz şəxs birdəfəlik ödəmə almaq hüququna malik olmayacaq.  ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri  əmək pensiyaçıları  aylıq müavinət alanlar  aylıq təqaüd alanlar  özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslər  işsizlikdən sığorta ödənişi alanlar  peşə hazırlığına görə təqaüd alanlar  2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslər  ər və ya arvadı sahibkar (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlar Bİrdəfəlik ödəməni ər və ya arvaddan biri ala bilər. 3. İşsiz şəxs statusu və birdəfəlik ödəmə alma üçün müraciət forması: Aşağıdakı 3 üsuldan birindən istifadə edilə bilər: a) işsiz şəxs qeydiyyata alınması üçün www.e-sosial.az portalına daxil olaraq “e-xidmətlər” bölməsindən “Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın ləğv edilməsi” xidmətini seçməklə müraciət edir. Bu zaman vətəndaşlardan elektron hökümət portalında (www.e-gov.az) qeydiyyatdan keçərək kod və parol alınması tələb olunur. b) e-sosial.az portalında hər hansı bir qeydiyyat proseduru tələb olunmadan “online müracət” bölümünə daxil olaraq, işsiz kimi uçota alınmaq üçün müraciət edir. c) Sabirabad rayon Məşğulluq Mərkəzlərinin qaynar xətti 021-235-63-14 nömrəsinə zəng edərək işsiz şəxs kimi qeydiyyata düşmə üçün müraciət etmək mümkündür. 4. İşsizlik statustunun verilməsi: a) İşsiz statusunun verilməsi hüququ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövcud elektron sistemləri üzərindən yoxlanılacaqdır. b) Hüquq olduğu təqdirdə qeydiyyata alınacaq, əks təqdirdə isə əsaslandırılmış imtina ismarıcı göndəriləcəkdir. 5. Birdəfəlik ödəmənin verilməsi: a) İşsiz statusu verilmiş şəxslərə birdəfəlik ödəməni əldə etmək hüququ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mövcud elektron sistemləri üzərindən yoxlanılacaqdır. b) Hüquq olduğu təqdirdə ödəmə həyata keçiriləcək, əks təqdirdə isə əsaslandırılmış imtina ismarıcı göndəriləcəkdir. Birdəfəlik ödəmə bank və ya poçt vasitəsi ilə ödənilir və bu barədə şəxsə mobil ismarıc göndərilir. Birdəfəlik ödəmə pandemiya ilə əlaqədar olaraq, xüsusi karantin rejimi dövründə aylıq həyata keçirilir. ----------------------------------------------------------------------------------------------------------- Birdəfəlik ödəmə üçün ilk ödənişin 9 aprel tarixində indiyədək işsiz kimi qeydiyyatdan keçmiş və birdəfəlik ödəmənin alınması meyarlarına uyğun olan şəxslərə həyata keçiriləcəkdir. Vətəndaşlar işsiz şəxs kimi qeydiyyata düşdükcə və birdəfəlik ödəniş alma meyarlarına uyğun gəldikcə pandemiya dövründə birdəfəlik ödənişləri əldə edəcəklər.

  • Sabirabad rayonunda koronavirus infeksiyasının (...

    Sabirabad rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə mobil qruplar tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir

    2020-04-01

    Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə rayon İHB aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər aidiyyatı qurumların nümayəndələrindən ibarət yaradılmış 58 mobil qrupların üzvləri mütəmadi olaraq rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etməklə əhali arasında fərdi izahetmə-xəbərdarlıq və maarifləndirmə işlərini davam etdirirlər.

  • Sabirabad rayonunda koronavirus infeksiyasının (...

    Sabirabad rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə mobil qruplar tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir

    2020-03-31

    Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə rayon İHB aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər aidiyyatı qurumların nümayəndələrindən ibarət yaradılmış 58 mobil qrupların üzvləri mütəmadi olaraq rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etməklə əhali arasında fərdi izahetmə-xəbərdarlıq və maarifləndirmə işlərini davam etdirirlər.

  • Sabirabad rayonunda koronavirus infeksiyasının (...

    Sabirabad rayonunda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə mobil qruplar tərəfindən zəruri tədbirlər görülür

    2020-03-30

    Sabirabad rayon İcra Hakimiyyəti tərəfindən rayonda koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə rayon İHB aparatının, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, bələdiyyələrin və digər aidiyyatı qurumların nümayəndələrindən ibarət Sabirabad şəhəri üzrə 15-i, kəndlər üzrə isə 43-ü olmaqla ümumilikdə 58 mobil qrup yaradılmışdır. Mobil qruplar tərəfindən mütəmadi olaraq rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etməklə əhali arasında fərdi izahetmə-xəbərdarlıq və maarifləndirmə işləri aparılır.

  • Sabirabad rayon İcra Hakimiyyətində çalışan ...

    Sabirabad rayon İcra Hakimiyyətində çalışan işçilər də könüllü olaraq bir aylıq əmək haqlarını Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək qərarına gəlmişlər

    2020-03-25

    Koronavirus infeksiyasının Azərbaycanda yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək məqsədi ilə Azərbaycanın Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 20 milyon manat fonda ayrılıb və ölkə Prezidenti ilk olaraq bir illik əməkhaqqını Fonda ianə edib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva da bu təşəbbüsə qoşularaq bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmişdir. Koronavirusla mübarizə istiqamətində həyata keçiriləcək tədbirlərə maliyyə dəstəyinin göstərilməsini nəzərdə tutan fonda eyni zamanda, müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər tərəfindən könüllü ödəmələrin həyata keçirilməsi davam edir. Koronavirus infeksiyası ilə mübarizədə dövlətimiz və xalqımızla həmrəy olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna Sabirabad rayon İcra Hakimiyyətində çalışan işçilər də könüllü olaraq bir aylıq əmək haqlarını ianə etmək qərarına gəlmişlər.

  • Sabirabad rayonu ərazisində koronavirus infeksiy...

    Sabirabad rayonu ərazisində koronavirus infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə dezinfeksiya tədbirləri gücləndirilib

    2020-03-25

    Koronavirus (COVİD-19) infeksiyasına qarşı bir çox ölkələrdə intensiv qabaqlayıcı tədbirlərin həyata keçirilməsinə baxmayaraq, infeksiyanın yayılmasının qarşısını almaq mümkün olmamışdır. İnfeksiyasının geniş yayılma sürətini nəzərə alaraq, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən sosial izolyasiya tədbirləri tətbiq olunur və qabaqlayıcı tədbirlərin görülməsi davam etdirilir. Hazırda ölkəmizdə epidemioloji durum ciddi nəzarət altında saxlanılır. Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı Sabirabad rayonu ərazisində sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər həyata keçirilir. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı yanında operativ qərargah yaradılmış, sakinlər arasında geniş maarifləndirmə işlərinin aparılması davam etdirilir. Təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra bütün ümumitəhsil məktəblərində, uşaq bağçalarında, mədəniyyət və tibb müəssisələrində yoluxucu xəstəliyin profilaktikası məqsədi ilə kütləvi dezinfeksiya işlərinin aparılması təmin edilib. İnfeksion xəstəliyin yayılma təhlükəsini nəzərə alaraq tərtib edilən qrafik əsasında Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən mərkəzi bazar, avtovağzal, ictimai iaşə və ticarət obyektlərində, bir sözlə, insanların kompakt toplaşdığı bütün yerlərdə, həmçinin küçə, park və xiyabanlarda, yaşayış binalarının giriş bloklarında, pilləkən qəfəslərində genişmiqyaslı profilaktik tədbirlər davam etdirilir. Xüsusi nəqliyyat vasitələri ilə şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda küçələrin yuyulması və dezinfeksiya işləri aparılır. Koronavirus infeksiyasının geniş yayılma sürətini nəzərə alaraq bir daha rayon sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə, özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

  • VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ !

    VƏTƏNDAŞLARIN NƏZƏRİNƏ !

    2020-03-16

    Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koronavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq Sabirabad rayon İcra Hakimiyyətində də vətəndaşların kollektiv və fərdi qəbulu müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Sabirabad rayon İcra Hakimiyyətinə elektron qaydada və ya telefon vasitəsi ilə müraciət etmək olar. 1. Elektron müraciət: Elektron qaydada müraciət etmək üçün Sabirabad rayon İcra Hakimiyyətinin sabirabad-ih.gov.az rəsmi saytında “Elektron müraciət” bölməsinə daxil olub müraciət edə bilərsiniz. http://sabirabad-ih.gov.az/feedback.html 2. E-mail vasitəsi ilə Sabirabad rayon İcra Hakimiyyətin rəsmi e-maili olan mail@sabirabad-ih.gov.az ünvanına müraciət göndərə bilərsiniz. 3. Telefon vasitəsi ilə: Sabirabad rayon İcra Hakimiyyətində yaradılmış “qaynar xətt” 02123-5-83-84 nömrəsi ilə əlaqə saxlamaq və ya 02123-5-52-36 nömrəsinə faks göndərə bilərsiniz.

  • Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövl...

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva Sabirabad, Saatlı və Hacıqabul rayonların sakinlərini qəbul etmişdir

    2020-03-13

    Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin mart ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib. Qəbulda Sabirabad, Saatlı, Hacıqabul rayonundan olan sakinlərin ərizə, təklif və müraciətlərinə baxılıb. Görüş çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların müalicəsi, aliment, uşaqlarla ünsiyyət və boşanmalardan yaranan problemlərə, qadın və uşaq hüquqlarının müdafiəsi, qadın sahibkarlığının inkişafı, məişət zorakılığına məruz qalmış şəxslərin hüquqi və sosial xidmətlərə yönəldilməsi və digər məsələlərə baxılıb.

  • Gənclər və idman nazirinin müavini İsmayıl ...

    Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Sabirabad və Saatlı rayonların sakinlərini qəbul etmişdir

    2020-03-13

    Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2020-ci ilin mart ayında vətəndaşları qəbul cədvəlinə uyğun olaraq Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində Sabirabad və Saatlı rayonlarından olan vətəndaşları qəbul edib. Vətəndaşlar müxtəlif idman qurğularının tikintisi və təmiri, fəxri adların və məşqçilik dərəcəsinin verilməsi, idman qurğularının idman avadanlıqları ilə təmin olunması üçün müraciət ediblər.

  • Novruz bayramı ilə əlaqədar yanğın təhlük...

    Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə dair Fövqəladə Hallar Nazirliyinin əhaliyə müraciəti

    2020-03-12

    Xalqımızın milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramı zamanı hər birimizin arzusudur ki, bayram şənlikləri ən xoş duyğularla yaddaşlarımıza həkk olunsun. Bunun üçün isə Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına, o cümlədən yanğın təhlükəsizliyi ilə bağlı bütün tələblərə ciddi əməl olunmalıdır: • bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalıdır; • tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalıdır; • tonqal tam sönənədək nəzarətdə saxlanılmalıdır; • tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər; • yandırılan şamlar nəzarətsiz qalmamalıdır. Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!

  • 8 Mart – Beynəlxalq Qadınlar günü Sabirabad ...

    8 Mart – Beynəlxalq Qadınlar günü Sabirabad rayonunda qeyd edilmişdir

    2020-03-05

    8 Mart – Beynəlxalq Qadınlar günü münasibətilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov açaraq Azərbaycan qadınlarının müsbət keyfiyyətləri barədə öz fikirlərini söyləmişdir. O qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan qadınlarını daim yüksək qiymətləndirmiş, onlara həmişə qayğı göstərmişdir. Bu ənənə hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. İctimai-siyasi sabitliyin, əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi naminə qadınlarımız var güclərini sərf edirlər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qadınlarımıza örnəkdir. O istər ölkəmizdə, istərsə də xaricdə sülh, dostluq, demokratiya naminə misilsiz xidmətlər göstərmiş, xeyirxah əməlləri ilə Azərbaycan xalqının tarixinə parlaq səhifələr yazmışdır. Siraqəddin Cabbarov qadınları bayram münasibətilə təbrik etmiş, onlara cansağlığı, səadət, firavanlıq, işlərində uğurlar arzulamışdır. Rayon İcra Hakimiyyətinin başçısı qadınların bir qrupuna mükafatlar təqdim etmişdir.

  • Əhmədabad kəndində növbəti səyyar görüş-...

    Əhmədabad kəndində növbəti səyyar görüş-qəbul keçirilmişdir

    2020-03-03

    Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov rayonun Əhmədabad kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirmişdir. Görüş-qəbulda xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək kənd sakinlərini salamlamış, ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Sabirabad rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışmışdır. Sonra kənd sakinləri onları narahat edən sosial məsələlərin həlli ilə bağlı təkliflər irəli sürmüşlər.

  • Xocalı soyqırımı qurbanlarının xatirəsi Sab...

    Xocalı soyqırımı qurbanlarının xatirəsi Sabirabad rayonunda da dərin kədər hissi ilə yad edilmişdir

    2020-02-26

    Sabirabad rayon Dövlət Bayrağı Muzeyində Xocalı soyqırımına həsr olunmuş anım mərasimi keçirilmişdir. Tədbirdə rayonumuzda məskunlaşmış Xocalı sakinləri, idarə və müəssisə rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Anım mərasimindən öncə iştirakçılar Dövlət Bayrağı Muzeyində Xocalı qətliamı ilə bağlı hazırlanmış sərgi ilə tanış olmuşlar. Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov tədbiri giriş sözü ilə açdıqdan sonra faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Siraqəddin Cabbarov Xocalı soyqırımı barədə ətraflı məlumat vermiş, erməni cəlladlarının törətdikləri vəhşilikləri pisləmişdir. Qeyd etmişdir ki, Ermənistanın silahlı qüvvələri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının yaxından köməyi, xarici ölkələrdən gələn erməni yaraqlılarının iştirakı ilə köməksiz insanlara qəflətən hücum etmişlər. Bu soyqırım nəticəsində həmin gecə Xocalıda 613 nəfər qətlə yetirilmişdir. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insanlar olmuşlar. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. 1275 nəfər əsir götürülmüşdür. Həmin adamlardan 150-sinin taleyi hələ də məlum deyil. Təəssüf ki, tarixin ən dəhşətli bir qırğınının baş verdiyi dövrdə Azərbaycanda hakimiyyətdəki rəhbərlər, eləcə də müxalifətçi qüvvələr bu faciəyə lazımi münasibət bildirməmişlər. Hər bir vətəndaşının müdafiəsini təmin etməyə borclu olan respublikanın o zamankı rəhbərliyi tam fəaliyyətsizlik, xalqın taleyinə biganəlik göstərmiş, onların köməyinə yetməmiş, dünya ictimaiyyətini vaxtında məlumatlandırmamışlar.

  • Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın...

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin zibilxanaların, kol-kosun yandırılmasının qarşısının alınması ilə bağlı əhaliyə müraciəti

    2020-02-24

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə hardasa zibilliklərin, kol-kosun yanması ilə bağlı hər gün məlumat daxil olur. Yaşayış evlərində, iri ticarət müəssisələrində, zavodlarda və digər böyük obyektlərdə baş verən yanğınlar insanları həyəcanlandırdığı halda, zibilliklərin, kol-kosun yanması çoxlarına əhəmiyyətsiz görünür. Əslində isə hər bir yanğın fövqəladə hadisədir. Yanğının böyüyü, kiçiyi yoxdur. Çünki çox vaxt böyük yanğınlar kiçik yanğınlardan törəyir. Əgər yol kənarında kol-kos yanaraq meşəyə keçirsə və yüzlərlə hektar meşə sahəsi məhv olursa, yaxud biçilmiş, məhsulu yığılmış taxıl sahəsi yandırılırsa və bu yanğın ot tayasına, evə keçirsə və ekologiyaya ziyan dəyirsə, buna əhəmiyyətsiz yanğın demək olmaz.

  • Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın...

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin bina və qurğuların ildirımdan mühafizəsi ilə bağlı əhaliyə müraciəti

    2020-02-24

    İldırım təbiət hadisəsi olsa da bəzən yanğın və partlayışlara, çox böyük fəlakətlərə səbəb olur. Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat mövcuddur. Bu təlimat binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi, tikintisi, istismarı, həmçinin yenidən qurulması zamanı istifadə üçün nəzərdə tutulub. Binaların, qurğuların və sənaye kommunikasiyalarının ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimat idarə tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq bütün növlərdə olan binalara, qurğulara və sənaye kommunikasiyalarına şamil edilir. Hər hansı bir sahə üzrə normativ sənədlərin tələbləri bu metodik göstərişın tələblərindən daha sərt olduğu halda ildırımdan mühafizənin işlənməsi (layihələndirilməsi) zamanı sahə normativinin tələblərini yerinə yetirmək tələb olunur. Mühafizə olunacaq obyektin texnoloji xüsusiyyətləri ilə ildırımdan mühafizə qurğularının quraşdırılması üzrə təlimatın tələblərini uyğunlaşdırmaq mümkün olmadıqda da eyni ilə hərəkət etmək lazımdır. Bu zaman istifadə olunan ildırımdan mühafizə vasitələri və üsulları tələb olunan etibarlılığı təmin etməlidir. Binaların, qurğuların və sənaye kommunikasiyalarının layihələndirilməsi zamanı təlimatın tələblərindən başqa əlavə olaraq ildırımdan mühafizənin yerinə yetirilməsinə qüvvədə olan digər normalar, qaydalar, təlimatlar və dövlət standartları nəzərə alınmalıdır.

  • Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sab...

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad nümayəndəliyi fəaliyyətə başlayıb

    2020-02-21

    Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sabirabad nümayəndəliyinin Sabirabad şəhəri Heydər Əliyev Mərkəzində fəaliyyətə başlaması münasibəti ilə keçirilən tədbirlərdə rayon İcra Hakimiyyətinin rəhbərliyi, Gənclər Fondunun, Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri və rayon gəncləri iştirak etmişlər. Açılış tədbirində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ölkəmizdə gənclər üçün yaradılan imkanlardan danışılıb. Bildirilmişdir ki, ölkə başçısının “Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən yaradılan nümayəndəliklərin fəaliyyətinin əsas məqsədi dövlət gənclər siyasətinin tələblərinə uyğun olaraq gənclərin hərtərəfli inkişafını təmin etməkdən, Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsini, azərbaycançılıq məfkurəsini gənc nəslin daha dərindən mənimsəməsi işinə töhfə verməkdən ibarətdir. Yeni yaradılan nümayəndəliklərdə gənclərin əlavə bilik və bacarıqlara yiyələnmələri üçün müxtəlif peşə təlimləri və ustad dərsləri, təhsil və təcrübə proqramları, görüşlər, seminarlar, intellektual oyunlar və digər tədbirlər təşkil olunacaq. Regionlarda yaşayan gənclər dövlət tərəfindən onlar üçün yaradılan imkanlar barədə nümayəndəliklər vasitəsilə məlumat və məsləhət almaq, həmçinin müxtəlif proqramlara müraciət və onlarda iştirak imkanı qazanacaqlar.

  • Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın...

    Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhaliyə müraciəti

    2020-02-20

    Daşınmaz əmlakın icbari sığortası təbii və texnogen hadisə və fəlakətlərdən iqtisadiyyatın qorunması üçün düşünülmüş və həyata keçirilən, real əhəmiyyət verən bir prosesdir. Daşınmaz əmlakla bağlı baş verən hadisələr arasında ən çox rast gəlinən yanğın hadisəsidir. Yanğın nədir?! Niyə baş verir?! Qarşısının alınması mümkündürmü?! Hər hansı bir yanğının baş verməsi üçün bir yerdə yanan maddə, yandıran enerji və oksigen bolluğu olmalıdır. Bu sadalananların hər üçünün kifayət qədər olduğu məkan insanların tikib qurmuş olduğu, müxtəlif enerji növləri ilə təchiz edib, içini məişət və istehsalat avadanlıqları ilə doldurmuş olduğu tikililərdir. Harada ki, ixtisasından, sənətindən, məşğuliyyət növündən asılı olmadan insan vardırsa, orada enerjidən istifadə olunur, müxtəlif təyinatlı avadanlıqlar istismar edilir. Hər hansı qəza, yaxud enerjidən səhlənkar, ehtiyatsızcasına, normalara zidd şəkildə istifadə olunursa, bu yerlərdə yanğın hadisəsi qaçılmazdır. Arzuolunmayan yanğın hadisələrinin qəsdən törədilməsi halları ümumi yanğın saylarının çox cüzi bir hissəsini təşkil edir, yəni hər dəfə yanğın baş verirsə bu hökmən normativlərə, standartlara, qaydalara bilərəkdən və ya bilmədən əməl etməmə səbəbindən baş vermişdir. Məqsədli və ya məqsədsiz qayda pozuntusu eyni nəticələrə gətirir və məqsədli qayda pozuntusu ilə məqsədsiz qayda pozuntusunu, təəccüblü görünsə də, bəzən ayırmaq çətin olur. Məsələn: yataq otağında qeyri-standart elektrik peçi ilə qızınmaq istəyən şəxsin gətirib quraşdırmış olduğu peçin yanğına səbəb olması məqsədli – yəni, otağı qızdırmaq üçün edilmiş hərəkətdir, amma bu qeyri-standart – təhlükəli elektrik qızdırıcısından istifadə etmək, yanar maddələrin arasında bunu qoşmaq – etinasızlıq təhlükəni dərk etməmək səbəbindən məqsədsiz hərəkət hesab oluna bilər. Məişətdə və istehsalatda daim enerji ilə yaşayan və işləyən insanın əhatəsində yanar maddələr mövcuddur. İnsan istismar qaydalarını pozmağa meyllidir, bəzən rahatçılığını qaydaların pozulması hesabına tapandır, bəzən təhlükəsizlik qaydalarına əməl etməyə çəkiləcək xərcləri normalar və qaydalara əməl etməmə hesabına minimuma endirməyə çalışandır, bu səbəbdən də hər hansı bir şəkildə enerji istifadəsində norma və standartlara, qaydalara ehtiyatsız yanaşmaq, etinasız münasibət yaranır ki, bu da yanğın hadisələrini qaçılmaz edir.

  • Sabirabad rayonunda 2019-cu ilin sosial-iqtisadi i...

    Sabirabad rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir

    2020-02-17

    Sabirabad rayon Mədəniyyət Mərkəzində Sabirabad rayonunda 2019-cu ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuş, rayon iqtisadiyyatını əhatə edən sərgiyə baxış keçirilmişdir. Hesabat yığıncağına hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri, təhsil, səhiyyə və mədəniyyət işçiləri, Yeni Azərbaycan Partiyası rayon təşkilatının və digər siyasi partiyaların fəalları, ağsaqqalların, ziyalıların, gənclərin, qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri dəvət olunmuşlar. Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hesabat məruzəsi ilə çıxış edərək qeyd etmişdir ki, keçən il Respublikada olduğu kimi Sabirabad rayonu üzrə bütün sahələrdə inkişaf dinamikası qorunub saxlanılmış, sosial obyektlərin tikintisi, sənaye və kənd təsərrüfatının inkişafi davam etdirilmişdir.

əvvəlki [3] növbəti