Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda ulu öndər Heydər Əliyevin anım mərasimi keçirilmişdir

12 dekabr 2016 | 16:00

Dekabrın 12-də rayon İcra Hakimiyyətinin qarşısındakı Mərkəzi meydan izdihamlı idi. Səhər tezdən meydanda ucalan hüznlü musiqi sədaları altında rayon ictimaiyyətinin nümayəndələri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların kollektivləri xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsinin önünə gələrək ona dərin ehtiramlarını bildirmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov başda olmaqla sabirabadlılar ümummilli lider Heydər Əliyevə sonsuz məhəbbət və ehtiramlarını nümayiş etdirmişlər.
Rəsmi açılışdan sonra müasir  Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə etmişdir. Bildirmişdir ki, 2003-cü il dekabrın 12-si yaddaşımızda ən kədərli gün kimi qalmışdır. Həmin gün xalqımızın ümummilli lideri, dünya şöhrətli siyasətçi, görkəmli ictimai xadim, böyük mütəfəkkir, müasir  Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev vəfat etmişdir. Natiq ulu öndərin həyat və fəaliyyəti haqqında xronoloji ardıcıllıqla və tutarlı faktlarla danışaraq qeyd etmişdir ki, ulu öndər 1923-cü il mayın 10-da Naxçıvanda anadan olmuşdur. Ulu öndər Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazılan bir ömür yaşamışdır. Ümummilli lider Heydər Əliyev bütün həyatını, enerjisini Azərbaycan xalqına, Azərbaycan dövlətçiliyinə sərf etmişdir. O, müstəqil Azərbaycan dövlətini həm qurmuş, həm də onun inkişafı üçün mükəmməl strateji perspektivlər müəyyən etmişdir. O dövrünün canlı əfsanəsi idi. Xalqına qırılmaz tellərlə bağlı insan idi.
1969-cu ildən başlayaraq  geridə qalmış Azərbaycanda hər sahədə geniş quruculuq işləri böyük vüsət almışdır. Ulu öndərin ən böyük xarakterik cəhəti qurucu və yenilikçi olması idi. Azərbaycanın elə bir sahəsi yoxdur ki, orada ümummilli liderin izi olmasın. Xalq təsərrüfatının bütün sahələri inkişaf etdirilmişdir. Ulu öndər həmin dövrdə 14 dəfə Sabrabadda olmuş, adamların qayğıları ilə maraqlanmışdır. Rayonda geniş quruculuq-abadlıq işləri aparılmış, aqrar sahə yüksək sürətlə inkişaf etdirilmişdir. O, xalqdan heç vaxt ayrı düşməmişdir. Xalqına xidməti hər şeydən uca tutmuşdur. Ulu öndər sovet dönəmində də, 1993-cü ilin iyununda xalqın israrlı təkidi ilə ikinci dəfə hakimiyyətə gəldikdən sonra da xalqımızın ictimai-siyasi, iqtisadi, mədəni həyatının bütün sahələrində tərəqqiyə nail olunmuşdur.
Nazim İsmayılov Azərbaycanın müstəqillik yolunda qazandığı uğurlardan, respublikamızın beynəlxalq aləmdə yüksək nüfuz qazanmasından danışaraq qeyd etmişdir ki, Azərbaycanın memarı və qurucusu, ulu öndər Heydər Əliyevin arzuları və ideyaları artıq reallaşmışdır. Onun siyasi kursunun layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev ulu öndərin müəyyənləşdirdiyi tərəqqi və inkişaf yolunu uğurla davam etdirir.
Nə qədər Azərbaycan dövləti, Azərbaycan xalqı var, ulu öndər Heydər Əliyev həmişə yaşayacaqdır.
Meydana toplaşanlar ardıcıl olaraq abidəni ziyarət edərək önünə gül dəstələri düzmüşlər. Anım mərasimindən sonra Sabirabad şəhərində ehsan verilmiş, Azərbaycan dövlətinin xilaskarı ümummilli lider Heydər Əliyevin ruhuna dualar oxunmuşdur.

Keçidlər