Şriftin ölçüsü :

Saytın rəngi :

Pambıq yığımında bütün qüvvələr səfərbər edilməlidir

20 sentyabr 2016 | 16:00

Sentyabrın 20-də rayon Mədəniyyət Mərkəzində pambıq yığımının vəziyyəti və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilmişdir.
Müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov açaraq qeyd etmişdir ki, sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Sabirabadda  pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı tərəfindən qarşımıza mühüm və təxirəsalınmaz vəzifələr qoyulmuşdur. Möhtərəm Prezidentimiz demişdir ki, bu gün biz respublika üçün ənənəvi olan kənd təsərrüfatı sahələrini bərpa edirik və 2016-cı il bu istiqamətdə dönüş ili olmalıdır. Ölkə rəhbəri pambıq istehsalını artırmağı bir vəzifə olaraq tapşırmışdır. Məlumdur ki, pambıqçılığın inkişafı iqtisadi məsələlərin həlli ilə yanaşı, eyni zamanda sosial məsələdir. Bu məşğulluğun təmin edilməsi, işsizliyin aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılmasına təminat verir.
Pambıqçılığın insanların sosial həyatında nə qədər böyük rol oynadığını dönə-dönə bildirən ulu öndər respublikaya rəhbərlik etdiyi illərdə bu sahənin inkişafına böyük önəm verir, pambığı neftlə müqayisə edərək «neft qara qızıldırsa, pambıq ağ qızıldır»-deyirdi. Həmin dövrlərdə  pambıqçılığa Sabirabad rayonunda da xüsusi diqqət ayrılmışdı. Təsadüfi deyildir ki, 1981-ci ildə ölkə üzrə tədarük olunan 1 milyondan çox pambığın 112 min tonu Sabirabad rayonunun payına düşürdü.
Cari ildə 6 min hektardan çox sahədə bol məhsul yetişdirilmişdir. İndi əsas vəzifə yetişdirilmiş məhsulu vaxtında və itkisiz yığmaqdan ibarətdir. Bunun üçün hər kəs üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməlidir. Bütün qüvvələr səfərbər edilməlidir.
Rayon rəhbəri aidiyyəti qurumlara qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün konkret tapşırıqlar vermişdir.
Müşavirədə icra nümayəndələrinin, bələdiyyələrin, şirkət təmsilçilərinin, digər aidiyyəti qurum nümayəndələrinin  məlumatları dinlənilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı  Nazim İsmayılov müşavirəyə yekun vurmuşdur.

Keçidlər