Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabad rayonunda «Dünyəvi dövlət və din, Azərbaycan modeli» mövzusunda konfrans keçirilmişdir.

27 iyul 2016 | 16:00

İyulun 27-də rayonun Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin «Dünyəvi dövlət və din, Azərbaycan modeli» mövzusunda konfrans keçirilmişdir.
Konfransda kənd inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, müəssisə rəhbərləri, məktəb direktorları, din xadimləri iştirak etmişlər.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Aran məruzə etmişdir. O bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətləri, tolerantlıq sahəsində həyata keçirilən tədbirlər hazırda möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Multikulturalizm ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində dövlət siyasəti uğurla aparılır. Ölkəmizdə dövlət-din münasibətləri, milli-mənəvi dəyərlər, tolerantlıq qorunub saxlanılır.  Hazırda bu istiqamətdə tədbirlər uğurla davam etdirilir. Ölkəmiz tolerantlığın nümunəsi kimi bütün dünyada tanınır. Buna görə də dini radikallığa və ekstremizmə qarşı hər kəs mübarizə aparmalıdır ki, sağlam həyat tərzi keçirən insanların mənəviyyatı pozulmasın.
Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Həsən Həsənov tədbirdə iştirak və çıxış etmişdir.

Keçidlər