Şriftin ölçüsü :

Saytın rəngi :

Sabirabadda «Gender bərabərliyi və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi» mövzusunda tədbir keçirilmişdir

13 iyun 2016 | 16:00

Rayonumuzun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) ilə birgə «Kənd və rayon yerlərində yaşayan qadınların iqtisadi və sosial həyatda iştirakının təşviqatı» adlı texniki yardım layihəsi çərçivəsində «Gender bərabərliyi və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi» mövzusunda tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə Sabirabad rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şahnaz Babayeva açaraq qonaqları salamlamış, qadınları müzakirələrdə fəal olmağa çağırmışdır.  
Rayon Qadın Resurs mərkəzinin fəal qadınlarının iştirak etdiyi tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı rezident nümayəndəsinin müavini Nato Alxavişvili, BMTİP-in proqram məsləhətçisi Leyla Fətxi, BMTİP-in layihə müşaviri Gülarə Hümbətova çıxış etmiş, qadınların iqtisadi və sosial həyatda fəal iştirak etmə potensialının artırılması barədə fikir mübadiləsi aparmışlar.
Müzakirə zamanı tədbir iştirakçılarını maraqlandıran suallara cavab verilmişdir.

Keçidlər