Home Contact Phone
background

Xəbərlər

  • Sabirabadda yanğın təhlükəsizliyi ilə bağl...

    Sabirabadda yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirilmişdir

    2018-05-14

    Mayın 14-də rayon İcra Hakimiyyətinin müşavirə zalında Fövqəladə Hallar Nazirliyi Muğan Regional Mərkəzi müşavirə keçirmişdir. «Dənli və texniki bitkilərin yığılması, daşınması və emalı dövründə, eləcə də meşə zolaqlarında, milli parklarda və dövlət qoruqlarında yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi» mövzusunda keçirilən müşavirəni giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov açmışdır.

  • Sabirabad Mərkəzi rayon xəstəxanasında kardio...

    Sabirabad Mərkəzi rayon xəstəxanasında kardioloqların seminarı keçirilmişdir

    2018-05-12

    XXI əsrdə ürək-damar xəstəliklərinin sayı kəskin surətdə artmışdır. Ölkəmizdə bu xəstəliklərin qarşısını almaq məqsədilə profilaktiki tədbirlər həyata keçirilir. Mayın 12-də Mərkəzi rayon xəstəxanasında keçirilmiş kardioloqların seminarı da həkimləri maarifləndirmə xarakteri daşımışdır. Tibb elmləri doktoru, professor İsaq Mustafayev, tibb elmləri doktoru Yasmin Rüstəmova, professorlar Adil Baxşəliyev, Tofiq Cahangirov mövzu ilə bağlı məruzə etmişlər.

  • Sabirabad: Ümummilli liderə sonsuz məhəbbət

    Sabirabad: Ümummilli liderə sonsuz məhəbbət

    2018-05-10

    Sabirabad rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbirin iştirakçıları öncə Heydər Əliyevin əzəmətli heykəli qarşısına gül dəstələri qoydular. Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu öndərin keçdiyi şərəfli həyat yolu ilə tanış oldular. Sonra mərkəzin eksponatlar yerləşən salononda rəsmi tədbir keçirildi. Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov geniş məruzə ilə çıxış edərək bildirdi ki, bütün mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə Heydər Əliyev hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlayaraq, bu gün çoxlarının həsəd apardığı Azərbaycanın böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk kövrək addımlarını atarkən xarici və daxili təzyiqlərə məruz qalan milli dövlətçiliyimiz məhz Heydər Əliyev müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.

  • Böyük Vətən müharibəsi veteranları unudulmu...

    Böyük Vətən müharibəsi veteranları unudulmur

    2018-05-07

    Böyük Vətən müharibəsi 73 il bundan əvvəl qurtarıb. Lakin onun ağrı-acıları hələ də davam edir. Bu savaşda Azərbaycan xalqının xidmətləri misilsizdir. Azərbaycanın oğul və qızları həm ön cəbhədə, həm də arxa cəbhədə misilsiz şücaət, qəhrəmanlıq və fədakarlıq göstərmişlər. Böyük Vətən müharibəsinə sabirabadlılar da yollanmış, igidliklər göstərmişlər. Onlardan hazırda 7 nəfəri sağdır. Onların səhəti imkan vermədiyi üçün rayon İcra Hakimiyyəti başçısının təşəbbüsü ilə veteranlara bir-bir baş çəkilmiş, onlara rayon İcra Hakimiyyəti başçısı Nazim İsmayılovun təbrik məktubu çatdırılmış, maddi yardım göstərilmişdir.

  • Çöl Beşdəli kəndində əhali ilə görüş ke...

    Çöl Beşdəli kəndində əhali ilə görüş keçirilmişdir

    2018-05-03

    Mayın 3-də Çöl Beşdəli kənd tam orta məktəbində rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov Çöl Beşdəli kəndinin sakinləri ilə görüşmüşdür.

Foto qalereya